Cəmiyyət

Azərbaycan Yazıçılar Birliyinə yeni sədr gətirilir

Sharing is caring!

Azərbaycan Yazıçılar Birliyinə (AYB) yeni sədr gətiriləcək.

Publika.az xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçiləcək.

Məlumata görə, oktyabrın altısında Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı baş tutacaq. Mənbələrimizin bildirdiyinə görə, yeni sədr kimi Xalq yazıçısı Çingiz Abdullayevin namizədliyi irəli sürüləcək.

Qeyd edək ki, AYB-nin hazırkı sədri Xalq yazıçısı Anar Rzayev 1987-ci ildən adıçəkilən qurumun sədri kimi fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir