Cəmiyyət

İranda Cənubi azərbaycanlı fəal həbs edildi – FOTO

Sharing is caring!

Güney Azərbaycan Hərəkatının fəalı Möhsün Möhsünzadə sentyabrın 21-də Ərdəbil şəhərinin Ciral parkında İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Fəal həbs olunarkən vəhşicəsinə döyülüb və onun hara aparılması barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı Mehdi Musəvi və Mehrdad Qurbani adlı azərbaycanlı gənclər güllələnərək öldürülüblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir