Cəmiyyət

Qızları Türkiyədə fahişəliyə məcbur edən qadın TUTULDU

Sharing is caring!

İnsan alverində şübhəli bilinən qadın azadlıqdan məhrum edilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Lent.az-a verilən xəbərə görə, insan alveri cinayətində şübhəli bilinən Təranə Qarayevanın qadınların etibarından, köməksiz vəziyyətindən sui-istifadə edərək istismar məqsədilə Türkiyəyə aparması faktı ilə bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Qadınları cinsi istismara məruz qoyma faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) maddəsi ilə cinayət işi istintaqı tamamlanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Təranə Qarayeva 8 il azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir