Cəmiyyət

Ucarda 30 yaşlı kişi məhkəmənin qarşısında intihara cəhd edib

Sharing is caring!

Ucar rayon sakini özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar Rayon Məhkəməsinin binası qarşısında baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Qüdrət oğlu Cəfərov intihar etmək məqsədi ilə qolunun damarlarını doğrayıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Nicat Cəfərova zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Nicat Cəfərovun hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir