Cəmiyyət

Laçın əzəli sahiblərini qarşılamağa hazırlanır – VİDEO

Sharing is caring!

Tezliklə öz sakinlərini qarşılayacaq Laçın şəhərində bərpa və yenidənqurma işləri davam edir.

Baku TV-nin çəkiliş qrupu işğaldan azad olunmuş şəhərdə quruculuq işləri ilə tanış olub.

Qeyd edilib ki, Laçında yol infrastrukturunun qurulması üzrə işlər intensiv olaraq davam edir.

“Kəlbəcər-Laçın avtomobil yolu üzərində yerləşən 12 tunel və 26 körpünün sayəsində yol 33 kilometr daha qısa olacaq”, – deyə mühəndis Əyyub Hüseynov deyib.

Həmçinin qeyd edilib ki, rayonun və ətraf kəndlərin enerji ilə təmin olunması məsələsi də prioritetlərdəndir. Buna görə də sentyabrın 21-də Prezident İlham Əliyev tərəfindən şəhərin cənub girişində Laçın qovşaq yarımstansiyasının təməli qoyulub.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir