Cəmiyyət

Bakıda avtobusa hücum edən şəxs saxlanıldı – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

“Həmin şəxsin orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.

12:36

Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Daha sonra isə nəqliyyat vasitəsinin şüşələrini sındırıb.

Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir