Cəmiyyət

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqlənib

Sharing is caring!

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqlənib.

AZƏRTAC-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, həmin dövlət orqanlarının siyahısı:

1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “AzTV” televiziya yayımçısı.

2. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “İdman TV” televiziya yayımçısı.

3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Mədəniyyət TV” televiziya yayımçısı.

4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Azərbaycan Radiosu” radio yayımçısı.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “ASAN Radio” radio yayımçısı.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “Avto FM” radio yayımçısı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir