Cəmiyyət

İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salınıb? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən işğaldan azad olunan ərazilərə – Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlər təxirə salınaraq başqa tarixlərə keçirilib:

“Bu haqda sərnişinlərlə telefon əlaqəsi yaradılaraq məlumat verilib”.

Qeyd edək ki, sosial şəbəkərdə işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınması ilə bağlı xəbərlər yayılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir