Cəmiyyət

İnformasiya müharibəsində kim udur, kim uduzur? – VİDEO

Sharing is caring!

“Qarabağ müharibəsi başlayandan Ermənistan tərəfi yalan, təxribat xarakterli informasiya yaymaqla özünə haqq qazandırmağa çalışır”.

Bunu Baku TV-də yayımlanan “Salam Baku” verilişində media eksperti Müşfiq Ələsgərli informasiya müharibəsi barədə danışarkən bildirib.

O deyib ki, 30 il müddətində onlar dünyanı aldadıblar ki, guya Qarabağ tarixi Ermənistan torpağıdır:

“Bununla onlar bir sıra beynəlxalq təşkilatları çaşdıra bilirdilər. İkinci Qarabağ savaşı dövründən Azərbaycan informasiya savaşında işini tamamilə yeni müstəvidə qurdu. 2020-ci ildən etibarən Ermənistanın ordusu kimi, informasiya müstəvisində apardığı işlər də iflasa uğradı. Məsələn, əvvəllər beynəlxalq KİV-lər Ermənistan tərəfdən daha çox çıxış edirdi. Amma bu gün dünyada ictimai rəyi formalaşdıran KİV-lər Ermənistan Müdafiə Nazirliyinin mövqeyi ilə yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasını da verirlər”.

Daha ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir