Cəmiyyət

Paytaxtda tibb mərkəzindəki intiharla bağlı TƏFƏRRÜAT: “Kiminlə telefonla danışdığı, yazışdığı araşdırılır”

Sharing is caring!

Paytaxtın Xəzər rayonunda intihar hadisəsi baş verib. Xəzər Tibb Mərkəzində müalicə alan 27 yaşlı Könül İslam qızı Gülverdiyeva özünü tibb mərkəzinin 5-ci mərtəbəsindən atıb.

Oxu.Az hadisə ilə bağlı bir sıra məlumatları öyrənib.

Xəzər Tibb Mərkəzindən mərhumun psixoloji xəstəlikdən əziyyət çəkmədiyi bildirilib:

“K.Gülverdiyeva epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Sentyabr ayının 9-u xəstəxanaya yerləşdirilib. Tam olaraq hansı diaqnozdan xəstəxanaya yerləşdirildiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Kiminlə telefonla danışması, yazışması araşdırılır”.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz qalıb.

Qeyd edək ki, özünü beşinci mərtəbədən atan Könül İslam qızı Gülverdiyeva aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir