Cəmiyyət

“Komando başlanğıc kursu”nu bitirənlərə beretlər təqdim olundu – FOTO

Sharing is caring!

Müddətli hərbi xidmət hərbi qulluqçuları üçün keçirilən “Komando başlanğıc kursu”nun buraxılış mərasimi olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən general-mayor Vasif Kazımov müdafiə nazirinin və Quru Qoşunların komandanının təbriklərini kurs iştirakçılarına çatdırıb. “Komando başlanğıc kursu”nun əhəmiyyətindən danışan general-mayor V.Kazımov şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində bu kimi kursların müsbət təsirini xüsusi vurğulayıb, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kurs birincisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Samir Həkimov yaş kötüyünə rəmzi emblemi vurub.

Sonda kursu bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub, şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir