Cəmiyyət

Almaniyalı səyyah: “Azad edilən ərazilərə yenidən həyat qayıdır”

Sharing is caring!

“Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərə yenidən həyat qayıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən almaniyalı səyyah Yurgen Kuller bildirib.

“Daha öncə Xudafərin körpüsü haqqında eşitməmişdim. Bu körpü mənə çox dərin təsir bağışladı. Qədimliyinə baxmayaraq, hələ də istifadəyə yararlı görünür”, – o deyib.

Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonuna səfərinə toxunan səyyah bu ərazidə erməni vandalizminə məruz qalmış xeyli sayda ev, tarixi önəm kəsb edən abidələr gördüyünü vurğulayıb:

“Bu, həqiqətən də, çox məyusedicidir. Lakin hazırkı quruculuq işləri ilə bu ərazilərə həyat yenidən tədricən qayıdır. Bu, sevindirici haldır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir