Cəmiyyət

Anası xərçəng xəstəsi olan qadının FACİƏVİ sonu

Sharing is caring!

Şabranda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, rayon sakini 53 yaşlı Əskərova Yeganə Ağayar qızı yaşadığı evin həyətyanı sahəsində özünü asaraq, intihara cəhd edib. Lakin bunu görən qardaşı dərhal müdaxilə edərək, onu Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Y.Əskərova orada dünyasını dəyişib.

İlkin ehtimala görə, Y.Əskərova anasının ağır xərçəng xəstəsi olmasını bilib və bundan dərin sarsıntı keçirib. Onun məhz bu səbəblə özünü asdığı ehtimal edilir.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir