Cəmiyyət

Gədəbəydə “QAZel” aşıb: Xəsarət alanlar var

Sharing is caring!

Gədəbəy rayonunda kiçiktutumlu yük maşını idarəetmədən çıxaraq aşıb.

“Report” xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “QAZel” markalı yük avtomobilinin əyləc sistemində nasazlıq yarandığından nəqliyyat vasitəsi idarəetmədən çıxıb və aşıb.

Hadisə nəticəsində Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü sürücü R.Bağırov və sərnişin olan daha bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir