Cəmiyyət

Hindistanlı səyyah: “Qarabağda minalarla bağlı vəziyyət və dağıntılar məni hiddətləndirir”

Sharing is caring!

“Minalarla bağlı vəziyyət və bütün bu dağıntılar məni hiddətləndirir. Mən çox şadam ki, Qarabağ dirçəlir və biz burada ola bilərik”.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərə səfər edən hindistanlı səyyah Caqannathan Srinivasaraghavan bildirib.

Bakıdan Şuşaya gələn səyyah Qarabağın sürətlə dirçəldiyini söyləyib.

“Bakıda idim, indi Şuşadayam. Qarabağın necə sürətlə dirçəlməsi, təmir-bərpa işlərinin necə sürətlə aparılması, yeni yolların necə sürətlə salınması məni həqiqətən heyran edir. 2020-ci ilin noyabrından az vaxt keçməsinə baxmayaraq burada genişmiqyaslı işlər görülüb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir