Cəmiyyət

Azərbaycan məktəblərində müəllimlik üzrə neçə vakant yer var?

Sharing is caring!

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fənn üzrə təqdim olunduğu açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, hər il təxminən 10 minə yaxın namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlara qatılmaq üçün müraciət edir: “Ancaq onların heç də hamısı test mərhələsində iştirak etmir. Bu bizim üçün də çox maraqlıdır”.

Mərkəz direktoru bildirib ki, ən çox vakant yer musiqi fənni üzrə olub: “Bu say 1 857 nəfərdir. Rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı Şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyin tabeliyində olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib”.

N.İsmayılbəyli əlavə edib ki, Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri vakantdır.

O qeyd edib ki, həm ötən il, həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb:

“Tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. Bu il təxminən həm müddətli, həm də müddətsiz müqavilə ilə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir