Cəmiyyət

Binəqədidə gecə ilə ağacların kəsildiyi təsdiqləndi – VİDEO

Sharing is caring!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Binəqədi rayonunda ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov Oxu.Az-a bildirib ki, rayonun 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb və fakt təsdiqini tapıb:

“Sözügedən əraziyə keçirilən baxış zamanı müxtəlifcinsli səkkiz ağacın qanunsuz kəsildiyi və təbiətə 3990 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Qeyd edək ki, ötən gün Binəqədi rayonunda tikinti məqsədi ilə qazıntı işlərinin aparıldığı və gecə ilə ağacların kəsildiyi barədə görüntülər yayılmışdı.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir