Cəmiyyət

Bakıda prospektlərdən biri təmir olunur: İşlər gecə və həftəsonu aparılacaq – FOTO

Sharing is caring!

Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinə qədər olan hissəsində başlamış təmir işləri əsasən gecə və həftəsonları icra olunacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, zərurət yarandığı hallarda gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında davam etdirilərək qısa müddətdə yekunlaşdırılacaq. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq, zəruri hallarda ikinövbəli iş qrafiki tətbiq ediləcək.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri icra olunur. Yaxın günlərdə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Ümumilikdə təmir işlərinin icra olunduğu hissənin uzunluğu təqribən 560 metr, sahəsi isə 20 min kvadratmetrə yaxındır.

Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Qurumdan bildirilib ki, başlanılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılacaq.

Təmir işləri bitəndən sonra yolgöstərici və yol-cizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılacaq. Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.

2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. Ötən il “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir