Cəmiyyət

Xəzərdə dalğanın hündürlüyü 3,5 metrə çatıb – FAKTİKİ HAVA

Sharing is caring!

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Bir sutka ərzində düşən yağıntının miqdarı Lənkəranda 51 mm (aylıq normanın 86%-i), Şəkidə 47 mm (aylıq normanın 32 %-i), Qaxda 42 mm (aylıq normanın 50%-i), Oğuzda 38 mm (aylıq normanın 28%-i), Astarada 35 mm (aylıq normanın 70%-i), Zaqatalada 33 mm (aylıq normanın 28%-i), Qəbələdə 32 mm (aylıq normanın 25%-i), Balakəndə 31 mm (aylıq normanın 26%-i), Yardımlıda 19 mm, Lerikdə 12 mm, Şəmkirdə 11 mm, Qusarda 10 mm, Ləzədə 9 mm, Şahdağda 8 mm, Şabran, Qubada 7 mm, Xaltan, Qrız, İsmayıllıda 6 mm, Altıağacda 5 mm, Xınalıq, Kürdəmir, Daşkəsəndə 4 mm, Mingəçevir, Xaçmaz, Naftalan, Ağdamda 3 mm, Zərdab, Ağstafa, Şamaxı, Gədəbəydə 2 mm, Bərdə, Yevlax, Beyləqan, Biləsuvar, İmişli, Ağdərədə (Ordubad) 1 mm, Maştağada 9 mm, Bakıda 4 mm, Neft Daşları, Binədə 2. mm, Çilov adası, Pirallahıda 1 mm-dək olub.

Şimal-qərb küləyi Neftçala, Culfada 20 m/s, Hacıqabulda 18 m/s, Bakıda 25 m/s, Çilov adasında 19 m/s, Pirallahı, Sumqayıtda 18 m/s, Neft Daşları, Binədə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir