Cəmiyyət

Bakıda fəaliyyəti dayandırılan bağçaların sayı AÇIQLANDI

Sharing is caring!

“Son bir ay ərzində Bakıdakı məktəbəqədər təhsil müəssisələrinə 5122 uşaq elektron sistemlə qəbul olunub”.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, idarənin tabeliyinə ümumilikdə 348 bağça keçib:

“Onlardan səkkizinin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir”.

O əlavə edib ki, bağçalarda ümumilikdə 41 087 uşaq təlim-tərbiyəyə cəlb olunub:

“Onlarla 4 299 nəfər tərbiyəçi və müəllim məşğul olur”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir