Cəmiyyət

24 dəfə əməliyyat olunan qazi ata oldu – FOTO

Sharing is caring!

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Suqovuşan istiqamətində qəhrəmancasına döyüşən, aldığı xəsarətlər səbəbi ilə 24 dəfə əməliyyat olunan Ayxan İsayev ata olub.

TƏBİB-dən verilən məlumata görə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu tərəfindən qazi Ayxan İsayevin həyat yoldaşı Bahar İsayeva hamiləlik müddətində xüsusi nəzarət altında olub.

Hamiləlik müddətində müxtəlif problemlərlə qarşılaşan B.İsayeva bir neçə dəfə stasionar şəkildə institutda müalicəsini davam etdirib. Daha sonra isə xəstəyə davamlı ambulator müalicələr tətbiq olunub.

Hamiləliyin 39-cu həftəsində olmasına baxmayaraq, dölün inkişafında ləngimələrin olması və dopler müayinəsi zamanı aşkar olunan problemlərə görə həkim-mama-ginekoloq tərəfindən təcili olaraq qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Qazi Ayxan İsayevin çəkisi 2 550 qram, boyu 48 santimetr olan oğul övladı dünyaya gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.