Cəmiyyət

SƏRTLƏŞDİRİLMİŞ REJİMİ İSTƏMİRİKSƏ, VAKSİN OLUNMALIYIQ

Sharing is caring!

Artıq iki ilə yaxındır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası dünyanı narahat edən əsas problemə çevrilib. COVID-19-un daha geniş yayılmasının qarşısını almaq üçün bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da davamlı tədbirlər görülür. Lakin son vaxtlar dünya düzənində bu virusa yolxanların sayında ciddi artımın qeydə alınması ayrı-ayrı ölkələri yenidən sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qoyub. İki doza vaksinasaiya mühüm tədbir kimi kütləıvi şəkildə həyata keçirilir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün vaksinasiya ən təsirli vasitədir. . Pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlərlə yanaşı, sərt karantin rejimi də qüvvədə saxlanılır, kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir..
Bununla yanaşı mütəxəs islərin fikrincə, hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə olunur. Doğrudur, pandemiyadan qorunmağın yolları əhalinin vaksinasiya olunması ilə bərabər, gigiyena qaydalarına riayət edilməsi, sosial məsafənin gözlənilməsi və tibbi maskadan düzgün istifadə edilməsidir. Ancaq təhlükəli infeksiyanın qarşısını ala biləcək başlıca üsul vaksinasiyadır. Nə qədər çox insana peyvənd vurularsa, kütləvi immunitetin yaranması da bir o qədər tez təmin olunar və beləliklə, biz xəstəliyə daha tez qalib gəlmiş olarıq.
Peyvəndlər digər insanları da qoruyur. Çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.
Uşaqların gələcəyi üçün vaksin vacibdir. COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.
Həyata keçirilən qabaqlayıcı effektiv tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında kəskin azalma müşahidə olunur. Son bir ayda xəstəxanalarda xəstə sayı azalan tendensiya ilə davam edir. Təhlükəli virusa yoluxmuş insanların əksəriyyəti sağalaraq evlərinə göndərilib. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır.
Bir sözlə, hər kəs həm qaydalara riayət, həm də vaksinasiyada fəal iştirak edərək pandemiyanın aradan qalxmasına, öz töhfəsini verə bilər. Pandemiyaya qarşı mübarizədə də birlik və həmrəylik nümayiş etdirməliyik.
Kamal Mənsimov, həkim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir