İdman

Rafael Fiziyev: “Akademiyanı bitirib zabit oldum, sonra fikrimi dəyişib Taylanda getdim” – VİDEO

Sharing is caring!

Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev onu sevənləri maraqlandıran sualları cavablandırıb.

O, “CBC Sport” kanalının “Təkbətək” verilişinin qonağı olub.

Rafael UFC-dəki döyüşü zamanı sınan burnunun hazırda yaxşı olduğunu və evdə istirahət etdiyini bildirib.

O, “Qazaxıstan doğuldun, anan rusiyalı, atan azərbaycanlıdır. Sən isə Qırğızıstanda böyüyüb başa çatmısan. Özünü haralı kimi hiss edirsən?” sualına “Həyatı dərk etdiyim anları Qırğızıstanda yaşamışam, amma həmişə öz köklərimə sadiq qalmışam. Özümü həmişə azərbaycanlı kimi hiss edirdim”, deyə cavab verib.

R.Fiziyev Azərbaycanı təmsil etməsi ilə bağlı qərarından da danışıb:

“Gənclər və idman naziri məni doğma insan kimi qarşıladı və Azərbaycandan olduğumu, doğma olduğumu hiss elətdirdi. Onunla söhbətdən sonra Azərbaycan üçün önəmli olduğumu hiss etdim. Bunun üçün nazirə minnətdaram”.

Rafael daha sonra daxili işlər orqanlarında işləyən atası barədə danışıb.

O, atasının işini davam etdirmək istəsə də, akademiyanı bitirib zabit olduqdan sonra fikrinin dəyişdiyini bildirib.

“Sistemi daxildən gördüm və qərarımı dəyişdim. Taylanda arzularımı reallaşdırmaq üçün yola düşdüm”.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir