Cəmiyyət

“Riyad” Şirkətlər Qrupunun rəhbəri həbs edildi

Sharing is caring!

“Riyad” Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri İlham Məmmədov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, İ.Məmmədov Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə təqsirli bilinirərək saxlanılıb. 

Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim İlkin Rüstəmli təqdimatı təmin edib və İ.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Şirkətlər Qrupuna “Riyad” Ticarət Mərkəzi, “Riyad” Mühafizə xidməti, “Azinteroil” MMC və digər şirkətlər daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir