Cəmiyyət

Noyabrda məktəblər yenidən bağlanacaq? – Açıqlama

Sharing is caring!

“Onlayn təhsilə qayıtmağa heç bir əsas yoxdur. Təhsil işçilərinin 90%-i vaksinasiya prosesindən keçib”. 

 Azərbaycanda noyabrda yenidən onlayn təhsilə qayıdılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərən tanınmış təhsil eksperti Elşən Qafarov deyib. O, pandemiya prosesinin Opertiv Qərargah tərəfindən izlənildiyini bildirib:

“Ölkədə pandemiya prorsesi Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən izlənilir. Oktyabr ayı Azərbaycan üçün hər zaman təhlükəli olub. Koronavirus olmadığı zamanlarda da suçiçəyi, qızılca və müxtəlif qrip növlərinin yayıldığını müşahidə edirdik.

Hazırda vəziyyət nəzarət altındadır. Ölkə üzrə 4472 məktəb var. 241 məktəbdə ənənəvi tədrisin dayandırılması, tədris prosesinin onlayn formaya keçməsinə əsas vermir.

Nəzərə almaq lazımdır ki, təhsil sahəsində çalışanların 90%-i peyvənd olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir