Cəmiyyət

AZƏRBAYCAN DÖVLƏTİ BƏRPA ÜÇÜN MÜHÜM TƏDBİRLƏR HƏYATA KEÇİRİR

Sharing is caring!

AZərbaycan Prezidenti İlham Əliyev deyib ki, yeni mərhələdə bu regionlar yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. Qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Prezidentin söylədiyi kimi, bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var.

 Həmin ərazilərdə mühüm infrastrukturlar yaradılmalıdır ki, qayıdacaq əhalinin hər hansı bir problemi olmasın: "İnanırıq ki, qısa zaman kəsiyində işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdacaq insanlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcəklər. Cənab Prezident müsahibəsində bir daha bəyan etdi ki, birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır: Bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları o bölgələrə qaytaracağıq.

   Bəli, Azərbaycan qüdrətli dövlətdir və ölkəmizin maliyyə sabitliyi imkan verir ki, həmin regionlar digər rayonlarımız kimi yenidən qurulsun və özünün inkişaf mərhələsinə qədəm qoysun. Belə hesab etmək olar ki, dövlət başçısının bu müsahibəsi yaddaqalan oldu. Hər kəsə anladığı və anlayacağı dildə cavab verildi, elə bir məqam-məsələ olmadı ki, cavablandırılmasın. Bu müsahibə dostlara, müttəfiqlərə təşəkkürlər və minnətdarlıqlarla, düşmənə, onun açıq və gizli havadarlarına sərt xəbərdarlıqlar və mesajlarla yadda qaldı. Prezident İlham Əliyev yenə də birmənalı, obyektiv və ədalətli mövqe sərgilədi.

Fərqanə Məmmədova, YAP Cəlilabad rayon təşkilatının qadınlar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir