Cəmiyyət

Nə vaxtadək maska taxacağıq? – TƏBİB-dən AÇIQLAMA

Sharing is caring!

“Maskalardan istifadə əhalinin böyük hissəsi vaksinasiya olunanadək davam etdirilməlidir”.

XəbərAl.az xəbər verir ki, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə vaksin iki dozada vurulur:

“İkinci dozadan 2-3 həftə sonra immun yaranır. Buna görə əhalinin böyük hissəsi vaksinasiya olunana qədər maska taxılmalıdır”.

O qeyd edib ki, vaksinin alınması üçün sərf olunan vəsait şəffaf şəkildə açıqlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.