35 yaşlı aktrisa Emma Stoun satış elanından iki həftə keçməmiş Los-Ancelesdəki dəbdəbəli malikanəsini 3 milyon 995 min dollara (təxminən 6,8 milyon manat) satıb. “Sotheby’s International Realty” agentliyinin rieltoru Erik Lavinin sözlərinə görə, həmin məkan son dərəcə populyar olub və evə baxmağa 100-dən çox insan gəlib. Qeyd olunur ki, aktrisanın satdığı ev 1926-cı ildə tikilmiş 305 kvadratmetrlik ispan […]
Rusiya ordusunun Ukraynadakı Severski Donets çayını keçmək üçün doqquzuncu cəhdi də uğursuzluğa düçar olub. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin 80-ci desant-hücum briqadası məlumat yayıb. Məlumata görə, ukraynalı hərbçilər çayı keçmək üçün hazırlanmış üzən körpüləri dağıdaraq 70-dən çox Rusiya texnikasını, o cümlədən T-72 tanklarını və piyada döyüş maşınlarını məhv ediblər. İtkilərə baxmayaraq, Rusiya qoşunlarının bir […]
Qarabağı tərk edərək Ermənistana getmiş ermənilər öz soydaşları tərəfindən biganə və saymazyana münasibətə məruz qaldıqlarını bildirirlər. Bu iddianı təsdiq edən görüntülər Qarabağın keçmiş sakinləri tərəfindən sosial şəbəkələrdə yayılıb. “Bizə nə yemək, nə də su verirlər, sadəcə ad və soyadımızı qeydiyyata alırlar, vəssalam”, – deyə Ermənistana yeni qədəm qoymuş şəxs vurğulayıb. Xatırladaq ki, Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, […]