Cəmiyyət

Prezidentliyə namizəd Fuad Əliyev səs verib

Sharing is caring!


Prezidentliyə namizəd Fuad Əliyev növbədənkənar prezident seçkisində səs verib.

“Report”un məlumatın görə, o, 34 saylı Xətai II seçki dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Bu məntəqənin seçici siyahısında 1 409 nəfərin adı var.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.

Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir