Cəmiyyət

Tərtərdə ölümlə nəticələnən qəza olub

Sharing is caring!


Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun İrəvanlı kəndi ərazisində olub. Belə ki, “Ford Transit” markalı yük avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Tural Əhmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı ölən və xəsarət alan digər şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir