Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə imtahanlar başlayır.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər iştirak edəcək.

İmtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla, ümumilikdə 60 sual təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir