Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 13 yaşlı uşağın meyiti tapılıb.
Xeberal.az-nın xəbərinə görə, mayın 24-də Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Bir müddət əvvəl azyaşlının meyiti batdığı yerdən 10 kilometr aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.
21:53
Kür çayında çimərkən batan 13 yaşlı Şirvan sakini Yusif İsgəndərovun axtarışları davam edir.
Qeyd edək ki, hadisə Yusifin mayın 24-də dostları ilə birgə çayda çimməyə gedərkən baş verib.
Hadisə şahidi olan Rəhim Həsənli bildirib ki, Yusif çayda olarkən ayağı yerə çatmadığı üçün ona yardım etmək istəyib:
“Çaydan kənara çıxarkən Yusifin digər tayda boğulduğunu gördüm”.
Daha ətraflı Baku TV-nin süjetində:
Xeberal.az