MARAQLI

“Microsoft” şirkətindən yaranan problemə “söndür-yandır, düzələcək” kimi çıxış yolu

Sharing is caring!


“Windows” 10 və 11 üçün yeniləmələr bəzi funksiyalarda problemlərə səbəb olub.

Bu barədə “BleepingComputer”dən xəbər verilib.

Məlumata görə, istifadəçilər bəzi hallarda “Kopiyala” və “Yapışdır” funksiyalarının işləməməsindən şikayətləniblər. Nasazlığın “CopyFile API” istifadə edən üçüncü tərəf proqramları ilə bağlı olduğu vurğulanıb.

Həmçinin istifadəçilər əməliyyat sistemlərində faylların saxlanması funksiyasının işləməməsindən şikayət ediblər. Xüsusilə, problem “Word” və “Excel” kimi “Microsoft Office” proqramlarında görünüb.

“Microsoft”dan problemdən xəbərdar olduqları və hazırda həll yolu axtardıqları bildirilib.

Müvəqqəti düzəliş olaraq istifadəçilərə “Kopiyala”, “Yapışdır” və “Saxla” əmrlərini bir neçə dəfə təkrarlamaq tövsiyə olunub.

Bundan əlavə, istifadəçilərə problemli yeniləmələri silmək və əməliyyat sisteminin əvvəlki versiyalarına qayıtmaq tövsiyə olunub.

“Microsoft” xidmətindən istehlakçılara verilən məsləhətlər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İstifadəçilər problemin həlli əvəzinə əmrləri bir neçə dəfə təkrarlamaq, ya əvvəlki versiyaya qayıtmaq kimi təkliflərin texnologiya aləmində məşhur olan “söndür-yandır, düzələcək” zarafatına bənzədiyini vurğulayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir