Salyanın Aşağı Kürkənd kəndində 32 yaşlı kişinin meyiti aşkar edilib. “Report”un məlumatına görə, kənd sakini, 1991-ci il təvəllüdlü Alışov Fərid Xalid oğlunu meyiti öz evində deyil, başqa bir şəxsin evində aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib. F.Alışovun narkotik maddədən istifadə etdiyi güman edilir. Meyitin tapıldığı evin […]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının prezidenti Abdulla Şahid ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, beynəlxalq təşkilatın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov qonağı salamlayaraq, BMT […]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vətən müharibəsindən sonrakı dövr və Ermənistanla sülh səyləri barədə litvalı həmkarı Qabrielyus Landsberqisi məlumatlandırıb. Bu barədə Ceyhun Bayramov “Twitter” hesabında paylaşım edib. Paylaşımda qeyd edilib ki, nazirlər arasında görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub. Tərəflərin […]