Şəmkir rayonunda yerləşən istixana sahibləri Tarif Şurasının 2017-ci il qaz israfının tariflərinin artması ilə bağlı qərarından sonra Azəriqaz İB-nə xüsusi külli miqdarda borclanıblar. Bununla əlaqədar olaraq Azəriqaz İB rayonun 150-dən çox istixanasının qaz təminatını dayandırıb. Sahibkarların Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliyi və Azəriqaz İB rəhbərliyi ilə görüşmələrinə baxmayaraq problem hələdə həllini tapmır. Sentyabr ayının sonuna qədər qaz təminatı bərpa olunmasa sahibkarlar istixanaların fəaliyyətini dayandıracaq bu da 60 mindən çox insanın işsiz qalması və milyonlarla maddi zərər ilə nəticələnəcək. Məlum problem ilə bağlı artıq bir neçə sahibkar bizneslərini Rusiya və İrana köçürüblər. Sahibkarlar media vasitəsi ilə ölkə başçısına müraciət edərək qaz borclarının bağışlanmasını və qaz tariflərinin köhnə qiymətlər ilə hesablanmasını xahiş ediblər Qeyd edək ki, pandemiya dönəmində iqtisadi durğunluğa baxmayaraq Şəmkir sahibkarları istixanada çalışan fəhlələrin əmək haqqlarını öz şəxsi vəsaitləri hesabına ödəmiş və onları işdən azad etməmişlər.
Oxşar Xəbərlər
50 kilometr uzanan qırılma: Üç-dörd yerə bölünən əkin sahələrindən inanılmaz görüntülər – FOTO
Fevralın 6-da Kahramanmaraşda (Türkiyə) baş verən zəlzələdə yaranan yerüstü qırılmalar Elbistan qəsəbəsində əkinçilik sahələrində böyük problemlərə səbəb olub. Bəzi yerlərdə çökmənin dərinliyi 4-5 metrə çatıb. Bu səbəbdən bəzi ağaclar kökündən qopub. 50 kilometrə çatan yerüstü çatlar əkinçilik sahələrinə də ziyan vurub, onları bir neçə yerə bölüb. Sosial şəbəkədə bununla bağlı paylaşılan kadrlar zərərin miqyasını nümayiş […]
Bakıda bir sıra kirayə mənzillərin qiyməti iki dəfə artdı
Aprelin 28-də Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayacaq. Bununla əlaqədar olaraq mərkəzdə və mərkəzə yaxın yerlərdə hotellərin və günlük kirayə verilən mənzillərin kirayə haqları bahalaşıb. Məsələ ilə əlaqədar əmlak eksperti Ramil Qasımzadə Trend-ə bildirib ki, əsasən “Formula-1” yarışını izləmək mümkün olan mənzillərin günlük kirayəsi iki dəfə bahalaşıb. “Kirayə qiymətlərinin bahalaşması müvəqqətidir. Mənzillərin günlük kirayəsi 300-500 […]
Qurban Qurbanov: “Oyun gününə düşsəydi, Budapeştə getməyəcəkdim”
“Qarabağ” Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib. “Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: – “Turan Tovuz”u təbrik edirəm. Öz oyunumuzdan razı qalmadım. Komanda ritmi itirmişdi. Bunu hiss etdim. Hər bir halda xallarımızın üzərinə 1 xal gəldi. İtkilərimiz də var idi. Milli fasilə […]