Bu gün Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olur. Xəbər portalının baş redaktoru Peyman Sadıqovun verdiyi məlumata görə, Xalqxeber.Az 2012-ci ilin mart ayından internet istifadəçilərinin ixtiyarındadır. Sayt 8 illik fəaliyyəti dövründə ölkəmizdə baş verən ictimai-siyasi hadisələri və aparılan abadlıq-quruculuq işlərini operativ olaraq işıqlandırıb. Qeyd edək ki, xəbər portalının yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Sayt dünyada və ölkəmizdə baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynayır. Ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.
Oxşar Xəbərlər
Sumqayıt sakini özünü Bakıda öldürdü
Bakıda 27 yaşlı oğlan özünü binadan atıb. APA xəbər verir ki, hadisə Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Namiq İsgəndərli özünü çoxmərtəbəli binanın eyvanından ataraq öldürüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Rafael Ağayev anasını itirdi
Karate üzrə beşqat dünya çempionu Rafael Ağayevə ağır itki üz verib. XəbərAl.az xəbər verir ki, idmançının anası Ümnisə xanım dünyasını dəyişib. Qeyd edək ki, mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Senat prezidenti: “Meksika hökuməti və dövləti “erməni soyqırımı”nı tanımır” – VİDEO
“Meksika hökuməti və Meksika dövləti “erməni soyqırımı”nı tanımır”. Azərbaycanın Meksikadakı səfirliyindən “Report”a verilən məlumata görə, bu sözləri Meksika Senatının prezidenti Alexandro Armenta Mier qanunverici orqanın növbəti sessiyası zamanı çıxış edərkən deyib. O, Meksika hökumətinin və dövlətinin “erməni soyqırımı”nın mövcudluğunu tanımadığını bildirib. Alexandro Armenta Mier söyləyib ki, Meksika Senatı daim münaqişələrin danışıqlar və sülh yolu ilə […]