Bölgə

Ağsu icra hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 31 may 2022-ci il tarixdə Padarqışlaq kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda vətəndaşlar tərəfindən Padarqışlaq kəndində elektrik təchizatının yaxşılaşdırılması, əhalinin içməli su ilə təmin olunmasını yaxşılaşdırmaq üçün modul tipli sutəmizləyici qurğunun quraşdırılması, Padarqışlaq kənd tam orta məktəbi və tibb məntəqəsi üçün binaların tikintisi, əkin sahələrinə gedən yolun Şirvan kanalı üzərindən keçən hissəsindəki körpünün təmiri, əkinə yararlı torpaqların şoranlaşmasının qarşısının alınması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir