Mingəçevirdə sərxoş kişi özünə xəsarət yetirib.
APA-nın məlumatına görə, hadisə yeni məcburi köçkün şəhərciyində baş verib.
Belə ki, şəhərcikdə yaşayan 1966-cı il təvəllüdlü Qarazadə Beydulla İzzət oğlu küt alətlə özünə xəsarət yetirib. O, sol qol nahiyəsini kəsərək özünü yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun spirtli içki düşkünü olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.