Bölgə

“Xarrat” kooperativin şikayəti əsassızdır – MÖVQE

Sharing is caring!

Xəbəral.az-ın vhatsap nömrəsinə Lənkaran sakini Miriyev Mirmehman şikayət məzmunlu video göndərib. Bizdə həmin videonu Xəbəral.az saytının Tiktok səhifəsində paylaşmışdıq. Qarşı tərəfin mövqein öyrənmək məqsədi ilə, Lənkaran icra hakimiyyəti ilə əlaqə saxladıq. Lənkaran icra hakimiyyəti Xəbəral.az saytına operativ olaraq yazılı şəkildə qarşı tərəf olaraq, mövqelərin göndərdilər.

Sözügedən yazını sizlərə olduğu kimi təqdim edirik.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 15 sentyabr 2020-ci il tarixli 2/8-3652 nömrəli məktubla şəhər İcra hakimiyyətinə müraciət edilərək şəhərin B.Mirsalayev küçəsində yerləşən istifadəsiz olan torpaq sahəsinin Agentliyin Lənkəran Regional Bölməsinin inzibati binasının tikilməsi üçün ayrılması xahiş edilmişdir. Sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı şəhər İcra hakimiyyəti tərəfindən 01.12.2020-ci il tarixli 10-49/2-1022 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə və 11 yanvar 2021-ci il tarixli 10-54/1-30 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 29 dekabr 2020-ci il tarixli 02/5301-R nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin29 yanvar 2021-ci il tarixli, 219120800519 nömrəli cavab məktubları ilə yerquruluşu planında göstərilən koordinatlar daxilində şəhərin B.Mirsalayev küçəsində yerləşən dövlət mülkiyyətinə aid 0,326 hektar torpaq sahəsinin heç bir hüquqi və fiziki şəxsin istifadəsində olmadığı və Agentliyin Lənkəran Regional Bölməsinin inzibati binasının tikilməsi məqsədilə ayrılmasına etiraz edilmədiyi bildirilmişdir.Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının müsbət rəyləri nəzərə alınaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 9 fevral 2021-ci il tarixli 10 nömrəli Sərəncamı ilə Lənkəran şəhərinin B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,326 ha torpaq sahəsiAgentliyin Lənkəran Regional Bölməsinin inzibati binasının tikilməsi üçün ayrılmış və inzibati binanın tikintisi üçün 14 oktyabr 2022-ci il tarixli Z-07 nömrəli obyektin tikintisinə icazə sənədi verilmişdir.
Hazırda hüquqi fəaliyyəti mövcud olmayan “Xarrat” Kooperativinin sədri kimi özünü təqdim edən Lənkəran şəhər sakini Miriyev Mirmehman Mirismayıl oğlu sözügedən ərazinin Kooperativin istifadəsində olduğunu iddia edərək torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq sərəncamdan narazı qalmış və mərkəzi icra hakimiyyəti orqanlarına və media orqanlarına müraciətlər etmişdir.
M.Miriyevə müraciətləri ilə bağlı dəfələrlə qanunvericiliyin tələbləri izah olunaraq bildirilmişdir ki, sözügedən ərazi dövlət mülkiyyətində olan və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla “Xarrat” Kooperativinin istifadəsində və mülkiyyətində olmayan torpaq sahəsidir.

Lənkaran icra hakimiyyəti.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir