Bölgə

Özünü sahibkar kimi təqdim edən şəxs icra hakimiyyətini şantaj edir – İH-dan AÇIQLAMA

Sharing is caring!

Son günlər “Youtube” sosial platformasında və bəzi KİV-lərdə Hacıqabul rayonunun Qarasu kənd sakinləri olan Şıxəliyev Bəhlul Saleh oğlu və Mustafayev Nizaməddin Gülməmməd oğlu tərəfindən video-müraciət dərc edilir.

Özlərini sahibkar kimi təqdim edən bu şəxlər iddia edirlər ki, Hacıqabul icra hakimiyyətinin vəzifəli şəxslərinə külli miqdarda pul verərək aldadılıblar.

Şikayətlərdə adı keçən, Hacıqabul rayon İH Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nurbala Mirzəyev məsələ ilə bağlı saytımıza açıqlamasında bildirdi ki, həmin şəxslər onu və icra hakimiyyətinin digər vəzifəli şəxslərini şantaj edirlər:

” İlk öncə qeyd edim ki, həmin şəxslər rayonda sahibkar yox, məhşur dələduz və şantajçı kimi tanırlar. Bizə qarşı irəli sürdükləri iddia da tamamilə yalan və böhtan xarakterlidir. Bununka bağlı biz də aidiyyatı qurumlara müraciət etmişik. Artıq işə məhkəmə yolu ilə baxılıb və hüquqi qiymət verilib. Həmin şəxs haqqımızda böhtan məlumatlar yaydığı üçün məhkəmənin qərarı ilə 30 gün müddətinə həbs olunmuşdur.

Onların dedikləri məsələyə gəldikdə isə qeyd edim ki, həmin torpaq sahəsi Qarasu Bələdiyyəsinə məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.2016-cı il tarixli 528 saylı Sərəncamı ilə rayon ərazisində iri taxılçılıq və yemçilik təsərrüfatı yaratmaq üçün 30000 ha torpaq sahəsinin təyinatı dəyişdirilmişdir. Qarasu bələdiyyəsinə məxsus 1247,3 ha torpaq sahəsi də təyinatı dəyişdirilən 30000 ha sahənin içərisindədir. Həmin torpaq sahəsi təyinat dəyişikliyinə qədər bir neçə nəfərin icarəsində olmuşdur. Bəhlul Şıxəliyevin isə özünün bələdiyyə ilə arasında heç bir icarə müqaviləsi olmamışdır. O və qardaşı torpaq sahəsini bələdiyyədən icarəyə götürmüş Gözəlov Elxan Burxan oğlundan və “Lahıc” kəndli fermer təsərrüfatından etibarnamə ilə götürərək istifadə etmişlər. Gözəlov Elxan Burxan oğlu ilə Qarasu bələdiyyəsi arasında bağlanmış 27.03.2003-cü il tarixli 02 nömrəli torpaq icarə müqaviləsi Hacıqabul rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli 2(071)-1134/2017 nömrəli Qətnaməsi ilə “Lahıc” KFT ilə Qarasu bələdiyyəsi arasında bağlanmış 28 noyabr 2003-cü il tarixli 09 nömrəli torpaq icarə müqaviləsi isə Şirvan İnzibati-İqtisad Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2-2(086)-421/2017 nömrəli Qətnaməsi ilə ləğv edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. B.Şıxəliyev 2016-cı ildən 2021-ci ilin ortalarınadək 300 ha torpaqdan heç bir vergi ödəmədən qanunsuz istifadə etmişdir və etdiyi qanunsulzuqlara don geyindirmək üçün mütəmadi olaraq vəzifəli şəxslər haqqında böhtan və şantaj xarakterli müraciətlər yazmış və informasiya vasitələrində çıxışlar etmişdir.

Qarasu Bələdiyyəsi qeyd edilən 300 ha torpaq sahəsinin 212 ha-nı hərraca çıxarmışdır. B.Şıxəliyev həmin torpaq sahəsini hərrac müsahibəsi vasitəsilə icarəyə götürmüşdür. Torpağın 212 hektarına B.Şıxəliyevin adına çıxarış verilmişdir, yerdə qalan 88 ha torpaq sahəsi yenə də B.Şıxəliyevin qanunsuz istifadəsindədir. Nizaməddin Mustafayev isə 100 ha torpağı zəbt edərək 2016-cı ildən bugünədək heç bir vergi ödəmədən istifadə edir. Bu şəxslər qanunsuz olaraq həmin zəbt etdikləri torpağın hər hektarını 1000-1500 manata digər şəxslərə bostan üçün icarəyə verirlər.

B.Şıxəliyevin və N.Mustafayevin mənim və A.Kərimov haqqında böhtan xarakterli çoxsaylı şikayətləri yuxarı orqanlarda araşdırılmış və təsdiqini tapmamışdır. Lakin B.Şıxəliyevin yenə də böhtanlarından əl çəkməməsi məcburiyyətindən mən iddiaçı qismində cavabdeh Şıxəliyev Bəhlul Saleh oğluna qarşı Hacıqabul rayon Məhkəməsinə iddia ərizəsi verdim və Hacıqabul rayon Məhkəməsi 06 avqust 2019-cu il tarixli 2(071)-190/2019 nömrəli Qətnamə çıxararaq cavabdeh Bəhlul Şıxəliyevin iddiaçı mənim barəmdə yazdığı məlumatların işgüzar nüfuzuma, şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab etmiş, cavabdehin üzərinə təkzib edilməsi öhdəliyi qoyulmuşdur və 1500 manat mənəvi ziyan alınaraq Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinə verilməsi qət olunmuşdur. B.Şıxəliyev Qətnamədən Apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-360/2020 nömrəli 29 yanvar 2020-ci il tarixli Qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq cavabdeh B.Şıxəliyevdən 1500 manat mənəvi ziyanın alınması ləğv edilmiş, təkzib öhdəliyi isə qüvvədə qalmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(102)-423/21 nömrəli Qərarı ilə qətnamə qanuni qüvvəyə minmişdir. Lakin B.Şıxəliyev məhkəmə qətnaməsini icra etməkdən imtina etmişdir.

B.Şıxəliyev 27 fevral 2021-ci ildə məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdığı üçün bir ay müddətinə həbs olunmuşdur. Təkrar olaraq məhkəmə qətnaməsini icra etməkdən imtina edərsə növbəti mərhələdə cinayət məsuliyyətinə cəlb ediləcəkdir.

O, bütün instansiya məhkəmələrində uduzduğuna görə mənə tələbimdən geri çəkilməyim üçün təsir etmək məqsədi ilə vəzifəli şəxslərin əhatəsini genişləndirərək əvvəllər başqa şəxsləri, son vaxtlar isə başçının köməkçisi A.Kərimovu da bu siyahıya əlavə edir. Həmçinin Bəhlul Şıxəliyev hər dəfə etdiyi böhtan xarakterli müraciətlərdə fərqli rəqəmlər yazır.
Qarasu Bələdiyyəsi hər iki şəxsi Bələdiyyəyə məxsus zəbt etdikləri torpaq sahəsindən çıxarılması üçün məhkəmə qarısında vəsatət qaldırmışdır.

Həmin torpaq sahəsi hazırda adıçəkilən şəxslərin istifadəsində olsa da, onlar torpaqdan istifadəyə görə nəzərə tutulan heç bir kommunal önişləri ödəmir, torpaqdan qanunsuz istifadə edirlər.

B.Şıxəliyevin və N.Mustafayevin müraciətləri Ölkə başçısı tərəfindən aparılan uğurlu islahatlardan sui-istifadə edərək vəzifəli şəxslərdən böhtan, şantaj yolu ilə qazanc əldə etmək və zəbt etdikləri torpaq sahəsini əllərində saxlamaq üçün öz qanunsuz əməllərinə don geyindirmək məqsədi daşıyır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir