Bölgə

Evləri işıqlandıran işıqlı insanlar, bayramınız mübarək!

Bu gün Azərbaycanda Energetiklər Günüdür.

17 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Düz 40 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Bu gün ölkəmizin ən ucqar rayon və kəndlərinə qədər hər yerdə əhali yüz faiz elektrik enerjisi ilə təmin olunur. Ölkə rəhbərliyinin diqqət və qayğısından sonra Azərişıq ASC-nin əməyini qeyd etmək yerinə düşər.

Bu mənada, Azərişıq ASC-nin sədri cənab Vüqar Əhmədov öz vəzifəsini layiqincə yerinə yetirən, xalqina, millətinə və dövlətinə sədaqətlə xidmət edən bir insandır. Eyni zamanda, ucqar dağ rayon və kəndlərində çalışan energetiklər vardır ki, belə demək mümkündürsə, onlar hər gün insanların evinə işıq göndərir, ocaqlarını işıqlandırır. Bu rayonlardan biri də Cəlilabad rayonudur.

Hazırda Cəlilabad rayonunda 119 kəndlə bərabər bütün rayon ərazisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Rayonun Elektrik şəbəkəsi idarəsinin rəisi hormətli Firdovsi Qasımov da xalqına, millətinə, dövlətinə sədaqətlə xidmət edən dəyərli energetiklərdən biridir.

Bu gün Cəlilabad rayonunda ucqar dağ kəndlərində belə elektrik xətlərinin davamlılığı, elektrik enerjisinin fasiləsizliyi tam nəzarətdədir.

Bu gözəl gündə, yəni evlərimizi işıqlandıran insanların bayram günündə başda cənab sədr Vüqar Əhmədov olmaqla, eyni zamanda, Firdovsi Qasımov kimi vəzifəsini layiqincə yerinə yetirən energetiklər olmaqla, bütün energetikləri təbrik edir, onlara uzun ömür, cansağlığı, işlərində uğurlar arzulayırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir