Bölgə

“Azərbaycan Qadınlarının Haqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin Bölgələrdə Layihəsi Uğurla Davam Edir-Fotolar

Sharing is caring!

Hər bir sağlam düşüncəli, saf mənəviyyatlı insanın öz həyat və yaşam mübarizəsi var. Fiziki imkanlarından asılı olmayaraq, bütün ağıllı insanlar öz həyatını qurmaqda israrlıdır və buna haqqı çatır. Uca Yaradan heç də insanların hamısını bir biçimdə, bir ağılda, bir görünüşdə və bir səviyyədə yaratmayıb. Hər insan özüdür və hamının da özünəxas xüsusiyyətləri, taleyi, alın yazısı, xarakteri var.

Bir sözlə, Tanrı insanı bənzərsiz və təkrarsız yaradıb. Ancaq səbri gen, ürəyi açıq Tanrı insanların hamısını heç də əqli və fiziki cəhətdən sağlam yaratmayıb. İnsanların bir qismi fiziki qüsurludur. Sərbəst hərəkət imkanlarından məhrumdur. Lakin bu o demək deyil ki, onlar əlillikləri ilə barışaraq qədərə boyun əyirlər,xeyr belə deyil. Əlillərin böyük bir qismi fiziki imkanlarının məhdud olmasına baxmayaraq, özlərinə uyğun peşə, sənət və məşğuliyyət növü tapırlar.

Bir yandan bağlayan Tanrı,başqa bir yandan qapıları açır ki, bu insanlar özlərini cəmiyyətin bir parçası sansın. Əlbəttə əlillər hər zaman öz əməyinin bəhrəsi ilə meydana çıxa bilib. Bilirik ki, onların cəmiyyətə inteqrasiya olunmasında ailələrinin, yaxınlarının da zəhməti az deyil. Əlləri olmayan gəncin ayaqları, ağzı ilə karandaşı, fırçanı hərəkətə gətirərək sənət inciləri yaratdığının çoxlarımız şahidi olmuşuq. Yaxud əlil arabasında oturub müxtəlif maraqlı hadisələrin iştirakçısına çevrilənlər də az deyil. Xəbəral.az xəbər verir ki, “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi Azərbyacan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin
maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya xidmətinin göstərilməsi layihəsi “ xidməti layihəsi Hacıqabul rayonunda həyata keçirilir. Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqlara reabiliyasiya xidmətləri yerli mərkəz və evlərdə göstərməkdir.


Hal hazırda layihənin ilkin fazası başlamışdır. Məsələ burasındadır ki, Mərkəzdə Ulu öndərimiz Heydər Əliyev sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiya olunmasına çalışırdı və dəfələrlə məhdudiyyətli insanlarla görüşmüşdü, onların əl işlərindən ibarət sərgilərinə gedir və mükafatlandırırdı. Sağlamlıq imkanları məhdud olan insanlara onun münasibəti, qayğısı lazımı səviyyədə idi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyeva sağlamlıq imkanları məhdud olan insanlara qayğı ilə yanaşır. Sağlamlıq imkanları məhdud olsa da, əlillər dövlətin, cəmiyyətin yanında olur və cəmiyyətə inteqrasiya edərək onun yararlı bir üzvünə çevrilirlər.

Əlbəttə, əsas insanın mənəvi cəhətdən sağlam olması və yararlı olmağı bacarmasıdır. Fiziki məhdudiyyət heç bir vaxt onların arzu və diləklərinin, başlıcası isə ürəklərinin qarşısına sədd çəkə bilməz. Hal hazırda layihə uğurla davam edir. Layihənin uğurlu davamlılığı üçün, Əmək və Əhalinin Sosial Müdafiə Fondunun yerli nümayəndəlikləri, yerli İcra hakimiyyəti və onun ərazi icra nümayəndəlikləri daha yaxından dəstək göstərirlər. Layihə valideyinlər tərəfindən olduqca böyük dəstəklə qarşılanır.

Beləcə, əlilliyi olan ailələri mövcud səyyar,evlərdə reabilitasiya xidmətləri barədə məlumatlandırmaq, reabilitasiya xidməti göstərən mərkəzlər arasında rəqabəti gücləndirərək hədəf qrupun ehtiyaclarına daha yaxşı cavab vermələrini stimullaşdırmaq sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiya prosesini intensivləşdirəcəkdir.


Məlumatı Xəbəral.az-a Azərbaycan Qadınlarınin Haqlarını Müdafiə Mərkəzi İB-nin icraçı direktoru Aydan Xıdırova vermişdir

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir