Cəmiyyət

AZƏRBAYCAN PREZİDENTİNİN MÜHÜM MESAJLARI

Sharing is caring!

İspaniyanın nüfuzlu EFE informasiya Agentliyinə geniş müsahibə verən Prezident, Ali Baş Komandan İlham Əliyev yenə birmənalı, qətiyyətli və cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu müsahibədə hər kəsə cavab var idi, xüsusilə də bizi istəməyənlərə, yenə “bulanıq suda balıq tutmaq sevdası”na düşənlərə.
Dövlətimizin başçısı tarixi Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatında yeni bir səhifə açdığını, təkcə erməni işğalı nəticəsində itirilmiş torpaqlarımızı deyil, həm də xalqımızın ləyaqətini, milli qürur və özünəinam hissini tam bərpa etdiyini vurğulayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub edən, onun hərbi potensialına ölümcül zərbə vuran Azərbaycan bütün regionu hədəf alan faşizm təhlükəsini də ortadan qaldırıb, ümumilikdə, bəşəriyyətə böyük töhfə verib. Faşizmin İkinci Dünya müharibəsində məğlub olduğu kimi, 2020-ci il noyabrın 10-da da Ermənistan darmadağın edilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Yaxşı bilirik ki, ölkə başçısı tərəfindən bu il imzalanmış müvafiq sənədlərə əsasən bizim ərazimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları var, Dağlıq Qarabağ mövcud deyil. Müsahibə zamanı ispaniyalı müxbirin “Siz indi baş nazir Paşinyanla birbaşa bir araya gəlməyə hazırsınızmı və əgər cavabınız “bəli”dirsə, bu, nə zaman baş verəcək və hansı formatda?” sualına Prezident İlham Əliyev bu görüşə hər zaman hazır olduğunu və danışıqların hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında olacağını vurğulayıb.
Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyəti nəzərə alsaq, bu ölkədə müşahidə edilən tənəzzülün aradan qaldırılması üçün yeganə yol kommunikasiyaların paralel bərpasıdır. Revanşist meyillərlə Ermənistanda müşahidə edilən tənəzzülü aradan qaldırmaq mümkün deyil. Bu gün bütün dünya işğaldan azad edilən torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşiliklərə baxaraq, dövlətimizin necə qorxunc ümumbəşəri bəlaya qarşı mübarizə apardığını dərk etməli, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin qlobal önəmini anlamalıdır.
Həmçinin biz, gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və dövlət başçısının dediyi kimi, bəzi addımlar var. Prezident söyləyib ki, bu müzakirələrə qatıla bilərik və hesab edirik ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacib amildir. Çünki biz hələ də Ermənistan siasi aləmində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi yetərsə, təkcə sözlər, bəyanatlar yox, faktiki əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək.
Seymur Abbasov, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir