Bölgə

Şəkidə ilan sancan qadın təcili olaraq Respublika Toksikologiya Mərkəzinə göndərilib

Sharing is caring!

Şəkidə 30 yaşlı qadını ilan sancıb.

Xeberal.az-nın məlumatına görə, iyunun 24-dən 25-ə keçən gecə rayonun Şorsu kənd sakini, 1989-cu il təvəllüdlü Gülnaz Qurban qızı Hacıəliyeva ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssəsindən bildirilib ki, G. Hacıəliyeva gecə saatlarında yaşadığı evin həyətyanı sahəsində maşından düşüb evə gedən zaman ilan qəfildən onun sağ ayağın pəncəsindən sancıb. G. Hacıəliyevaya xəstəxanada lazımi ilkin yardım göstərildikdən sonra vəziyyətinin ağır olması nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.