Region

Abşeronda orta yaşlı qadını minik avtomobili vurub

Sharing is caring!

Abşeron rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, rayonun Mehdiabad qəsəbəsi, “Bağlar” yaşayış massivində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1983-cü il təvəllüdlü Tağıyeva Gülşən Fəxrəddin qızını minik avtomobili vurub.

Yaralı sınıq xəsarətləri alıb. O, 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir