Cəmiyyət

Daha ucuz kabab olmayacaq? – Otuz illik “güzəşt” bitir, “Ətçilər” sökülür – REPORTAJ + FOTO

Bakının Yasamal rayonunda “Köhnə ətçilər” deyilən ərazi var. Bura paytaxtın ən ucuz kababxanalarının məkanı kimi tanınır. Əgər əksər qida obyektlərində kababın bir şişinə 5-8 manat verilirsə, buradakı, əsasən, məcburi köçkünlərə məxsus olan kafelərdə bu qiymət 4-5 manat civarındadır. Vizual antisanitariya şəraiti buraya kabab yemək üçün axışanların iştahasına təsir göstərmir. Ötən gün axşam saatlarından başlayaraq Yasamal […]

Cəmiyyət

Bakıda avtomobil yolunda gəzən kişi qəza şəraiti yaratdı – VİDEO

Bakıda kişi avtomobil yolunun ortası ilə gəzərək nəqliyyatın hərəkətinə çətinlik yaradıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.  İlkin ehtimallara görə, həmin şəxsin psixi sağlamlıq durumu yerində deyil.  Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: “Məlum görüntülər aidiyyəti üzrə tərəfimizdən […]

Dünya

Ərdoğan: “Fransa terrorun əsas dəstəkçisidir”

“Fransa terrorun əsas dəstəkçisidir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə deyib. O, Türkiyəni istədikləri kimi idarə etmək istəyən imperialist güclər olduğunu deyib, həm daxili, həm də xarici təhdidlərlə mübarizə apardıqlarını vurğulayıb. “Bir tərəfdən görürsən, Fransanın məşhur “Lafarge” şirkəti Suriyada mağaralar tikib. Kimə? Terrorçulara. Təəssüf ki, Fransa terrorun əsas dəstəkçisi oldu. Biz isə […]

Dünya

Rusiya limanında nəhəng gəmi yanır – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərinin limanında “Ermak” buzqıran gəmisi yanır. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, gəmi hazırda istismarda deyil. İlkin ehtimallara görə, yanğın birinci göyərtədəki anbar otağında başlayıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hazırda hadisə yerində aidiyyəti qurumların əməkdaşları işləyirlər. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Mənbə: NEWS.ru   Xeberal.az

İqtisadiyyat

Azərbaycan Türkiyə şirkətini natrium sianid istehsalına cəlb etmək istəyir – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə Azərbaycanda natrium sianid istehsalı layihəsini müzakirə edib. Bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik”, – deyə o qeyd edib. Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk […]

Dünya

İran hökuməti qadın jurnalisti həbs etdirib – FOTO

Tehranda yaşayan jurnalist Kimiya (Zəhra) Fəthizadəyə İran hökumətinin Məhkəmə Sistemi tərəfindən altı ay həbs cəzası verilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, o, hökumət və rəsmilərin imicini zədələmək məqsədilə sosial şəbəkələrdə yalan məlumatlar yaymaqda ittiham edilib. Qeyd olunub ki, qadın jurnalistin peşə fəaliyyətinə iki illik qadağa qoyulub.   Xeberal.az

Cəmiyyət

Məktəblərdə iş dəftərlərinin ödənişsiz olması müzakirə edilir – RƏSMİ

“Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”. Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır: “Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində […]

İdman

Azərbaycanda “Formula-1”in yayımlanmaması məsələsinə aydınlıq gətirildi

“Nə vaxt anlaşma olsa, yayımlamağa başlayacağıq”. Bunu “Report”a açıqlamasında “İdman” TV-nin direktoru Rövşən Binnətli “Formula-1” üzrə Qran-prilərin yayımlanması ilə bağlı danışarkən deyib. “Yarışı yayımlamaq üçün bizdən nə asılıdırsa, onu da edirik. Amma hər şey yayımçı şirkətdən asılıdır. Orada bəzi prosedurlar var. Onların cavabını gözləyirik. Bizdən asılı olanları zamanında etmişik. Yaxın günlərdə qeyri-müəyyənlik aradan qaldırılacaq”, – […]

Cəmiyyət

ICESCO yaxın aylarda Azərbaycana yeni missiya göndərəcək

ICESCO yaxın aylarda Azərbaycanın azad edilən ərazilərinə yeni missiya göndərəcək. Bu barədə “Report”a Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri, ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov məlumat verib. Diplomat xatırladıb ki, ICESCO azad olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin vəziyyətinin öyrənilməsi ilə bağlı beynəlxalq ekspertlərdən ibarət ilk missiyanı 2022-ci ildə göndərib: “Müharibə vaxtında azad olunmuş ərazilərdə yerləşən […]