İdman

Azərbaycanda “Formula-1”in yayımlanmaması məsələsinə aydınlıq gətirildi

Sharing is caring!


“Nə vaxt anlaşma olsa, yayımlamağa başlayacağıq”.

Bunu “Report”a açıqlamasında “İdman” TV-nin direktoru Rövşən Binnətli “Formula-1” üzrə Qran-prilərin yayımlanması ilə bağlı danışarkən deyib.

“Yarışı yayımlamaq üçün bizdən nə asılıdırsa, onu da edirik. Amma hər şey yayımçı şirkətdən asılıdır. Orada bəzi prosedurlar var. Onların cavabını gözləyirik. Bizdən asılı olanları zamanında etmişik. Yaxın günlərdə qeyri-müəyyənlik aradan qaldırılacaq”, – deyə R.Binnətli qeyd edib.

Qeyd edək ki, hazırda “Formula-1” üzrə Bəhreyn Qran-prisi start götürüb. Bu gün iki sərbəst yürüş gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir