Kriminal

Goranboyda evdən 8 000 manatlıq cehiz oğurlanıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evinə qanunsuz yolla daxil olaraq oradan ümumi dəyəri 8 000 manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Qeyd olunub ki, dindirilmə zamanı törətdiyi cinayət […]

Cəmiyyət

Sabiq məcburi köçkün: “Sözlə ifadəedilməz sevinc hissləri yaşayıram”

“Sözlə ifadəedilməz sevinc hissləri yaşayıram”. “Report” xəbər verir ki, bu barədə doğma yurduna qayıdan Laçın sakini Cəvahir Həsənli söyləyib. “O qədər sevincli hisslər yaşayıram ki, onu sözlə ifadə edə bilmirəm. Neçə il aradan sonra doğma yurduma qayıtdığıma görə çox xoşbəxtəm. Nəhayət, 32 illik həsrətə son qoyulur”, – təqaüdçü qeyd edib. Daha öncə Laçında abadlıq-quruculuq işləri […]

Cəmiyyət

Laçın sakini: “Yerli “İsveçrəmizə” qayıdıram”

“Laçın yerli “İsveçrəmizdir”, doğma yurduma qayıdıram”. “Report” xəbər verir ki, bu barədə doğma yurduna qayıdan Laçın sakini Bəşir Bəşirov söyləyib. “Laçın daim İsveçrə ilə müqayisə olunub. Oralar bizim yerli “İsveçrəmizdir”. Məmləkətimizə qayıtdığımıza görə çox şadıq”, – sabiq məcburi köçkün vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti bölgəni daha da abadlaşdıraraq İsveçrə səviyyəsinə çatdırıb. Xatırladaq ki, bu […]

Cəmiyyət

Keçmiş məcburi köçkün: “Növbəti çərşənbələrimizi artıq Laçında qeyd edəcəyik”

“32 il idi ki, Laçını görmürdük, indi gözəl vətənimizə – Laçınımıza qayıdırıq”. “Report” xəbər verir ki, bu barədə Laçın sakini Bəşirova Şəkər danışıb. Doğma yurduna qayıdan keçmiş məcburi köçkün Azərbaycan ordusunun şəhid olmuş hərbi qulluqçularına rəhmət, qazilərə isə şəfa diləyib. O, həmçinin, yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. “Növbəti çərşənbələrimizi tonqaldan tullanaraq […]

Cəmiyyət

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb – FOTO

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb. “Report” xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür. Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın Rayon İcra […]

MARAQLI

Metal izi olan zombi ulduzu aşkarlanıb

İrlandiyadakı Arma Rəsədxanasının və London Universitet Kollecinin britaniyalı astronomları digər ölkələrdən olan həmkarlarının iştirakı ilə çapıqlara bənzəyən metal səpintiləri olan qeyri-adi sönmüş “WD 0816-310” ulduzunu aşkar ediblər. Obyekt öz növünün ilkidir. Sönmüş ulduzlar və ya ağ cırtdanlar Günəş kimi ulduzların mövcudluğunun son mərhələlərində əmələ gəlirlər.  Kəşf müəlliflərinin fikrincə, “WD 0816-310”un əsas xüsusiyyəti ağ cırtdanın zombi […]

MARAQLI

Böyük maraqla gözlənilən “Kung Fu Panda 4” filmindən xəbər var – VİDEO

“Universal Pictures” kino şirkəti “Kung Fu Panda 4” filminin tizerini təqdim edib. Anonsun “Dune” filminin ikinci hissəsi üslubunda çəkilişi böyük maraqla qarşılanıb. Qeyd edək ki, “DreamWorks Animation” tərəfindən istehsal olunan və “Universal Pictures” tərəfindən yayımlanan “Kung Fu Panda 4” “Kung Fu Panda 3”ün (2016) davamıdır. Filmin rejissoru Mayk Mitçel və Stefani Ma Stayndır. Cek Blek, […]

MARAQLI

“Bavariya” azarkeşlərini keçmişə qaytardı – FOTO

“Bavariya” 124-cü ildönümü şərəfinə maraqlı bir addım atıb. Belə ki, klub futbolçuların retro formada fotolarını dərc edib. Klubun sosial şəbəkə hesabında paylaşdığı kadrlar böyük maraqla qarşılanıb. Qeyd edək ki, “Bavariya” Almaniyanın ən titullu komandası və dünyanın ən titullu klublarından biridir. Münhen komandası 33 liqa və 20 Almaniya kuboku, həmçinin Çempionlar Liqasında altı qələbə qazanıb. 2013-cü ilin […]

Dünya

30 ildən çox axtarışda olan terrorçu qadın Berlində ələ keçdi – FOTO

Almaniyanın paytaxtı Berlində solçu “Qırmızı Ordu Fraksiyası” (RAF) partiyasından olan terrorçu Daniela Klette saxlanılıb. Qeyd olunub ki, qadın Almaniya hüquq-mühafizə orqanları tərəfindən 30 ildən çoxdur axtarılır. 65 yaşlı Klette Kreuzbergdəki yaşayış binasında həbs edilib. Klette həbs zamanı heç bir müqavimət göstərməyib. Mənzildə silah-sursat aşkar edilib, başqa adla verilmiş İtaliya pasportu götürülüb. Klette və digər terroristlər Ernst-Folker […]

Dünya

NASA Marsda zədələnmiş uçuş aparatının vida şəklini paylaşıb – FOTO

NASA Marsda pəri qırılmış “Ingenuity” uçuş aparatının vida fotosunu paylaşıb. Qeyd olunub ki, şəkil hazırda Marsın səthində yerləşən zədələnmiş aparatdan uzaqlaşan və çox güman ki, bir daha onun yanında olmayacaq “Perseverance” roverinin “SuperCam” kamerası ilə çəkilib. Fotoşəkilin əlavə təhlili göstərib ki, qırılmış pər “Ingenuity”dən təxminən 15 metr aralıda yerləşir. Mənbə: ArsTechnica Xeberal.az