Dünya

“Maşina vremeni” qrupunun yaradıcısı Yuri Borzov vəfat edib

“Maşina vremeni” rok qrupunun yaradıcısı Yuri Borzov Moskvada vəfat edib. 70 yaşlı musiqiçinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib. Bununla yanaşı, daha əvvəl onun infarkt keçirdiyi də qeyd olunur. Borzovun meyiti Rusiya paytaxtının Basmannı rayonu Tokmakov prospektindəki mənzilində tapılıb. Meyitin üzərində zorakılıqla ölüm izləri aşkar edilməyib. Ölümün dəqiq səbəbini ekspertiza müəyyən edəcək. Mənbə: zhizn.ru Xeberal.az

Dünya

Əlcəzairdə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin mərkəzi hissəsində qəzaya uğrayıb. Mİ-171 hərbi vertolyotu ilə bağlı insidentin hava limanının kənarında baş verdiyi bildirilib. Məlumata görə, helikopterin qəzaya uğraması nəticəsində onun üç nəfərlik heyəti həlak olub. Əlcəzair Prezidenti Əbdülməcid Təbbun həlak olanların ailələrinə və bütün hərbçilərə başsağlığı verib. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Mənbə: vedomosti.ru Xeberal.az

Cəmiyyət

Ölkə ərazisində son üç gündə kəsilən ağacların sayı AÇIQLANDI – FOTO

Ölkənin iqlim-hava şəraiti əlverişli keçən regionlarında növbəti əkin mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir. Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Oxu.Az-a bildirib ki, bu gün Ağcabədi, Şəki, Siyəzən və Ağdaş rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 4,7 hektar ərazidə 8 150 ədəd müxtəlif cinsli ağac-kol tingi əkilib. […]

Siyasət

Saakaşvili: “Düzgün seçim münasibətilə Azərbaycan vətəndaşlarını təbrik edirəm” – FOTO

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar seçkidəki qalibiyyəti münasibətilə təbrik edib. O, bu barədə sosial media hesabında paylaşım edib. “Düzgün seçim münasibətilə Azərbaycan vətəndaşlarını və Prezident İlham Əliyevi təbrik edirəm. İlham Əliyevin etdiklərini Azərbaycan üçün heç kəs, heç zaman etməyib. O, tarixə qalib İlham kimi düşəcək və onun prezidentlik illəri Azərbaycan tarixində qızıl […]

Siyasət

Sahibə Qafarova İtaliya və Serbiyadan olan müşahidə missiyalarının üzvləri ilə görüşüb – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İtaliya parlamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib. Görüşlərdə Milli Məclisin sədri prezident seçkisini müşahidə etdikləri üçün minnətdarlığını bildirərək, qeyd edib ki, bu seçki ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. S.Qafarova qeyd edib ki, ilk dəfə […]

İdman

Yüksək Liqa: “Azərreyl” “Neftçi”yə qalib gələrək liderliyə yüksəlib

Kişi voleybolçuların Yüksək Liqasında XII turun bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə bitib. Bu nəticələrdən sonra xallarını 21-ə çatdıran “Azərreyl” liderliyə yüksəlib. “Neftçi” isə 16 xalla dördüncü pillədə qalıb. Xeberal.az

Dünya

Prokurorlar ermənipərəst Bob Menendesin əleyhinə yeni dəlillər təqdim ediblər

ABŞ-də federal prokurorlar senator Bob Menendesin vəkillərinin ona qarşı xarici hökumətdən rüşvət almaq ittihamını rədd etmək cəhdinə cavab olaraq, məxfi mənbədən əvvəllər açıqlanmayan qeydlərə istinad edərək məhkəməyə yeni dəlillər təqdim edib.  Bu barədə Birləşmiş Ştatlar mətbuatı xəbər yayıb.   196 səhifəlik ittihamnamədə prokurorlar bir məxfi mənbədən olan qeydlərə və məhkəmədə təqdim etməyi planlaşdırdıqları çoxlu sübutlara […]

Cəmiyyət

Bakıda qamışlıq ərazidə yanğın başlayıb

Bakıda qamışlıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verilib. Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi yaxınlığında qamışlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. […]

İdman

Meydanın mərkəzindən qol vuran futbolçu: “Topu qəbul edəndə…”

“Topu qəbul edəndə həmişə rəqib qapıçıya baxıram”. Bunu “Report”a açıqlamasında “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Azərbaycan Premyer Liqasının XXI turunda “Zirə”nin (1:1) qapısına meydanın mərkəzindən vurduğu qola münasibət bildirərkən deyib. İkinci dəfədir uzaq məsafədən “Zirə”ni məyus edən 26 yaşlı hücumçu bunu xüsusi hazırlıqla əlaqələndirməyib: “Zirə” ilə matçlara xüsusi hazırlaşdığımı deyə bilmərəm. Anidən yaranan epizoddur. Adətən istər […]

Dünya

Son iki gündə ən azı beş güneyli milli fəal həbs edilib – FOTO

İran hökuməti tərəfindən son iki gündə ən azı beş güneyli milli fəal saxlanılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, milli fəallar Kamal Nuri İslamşəhr, Vədud Əsədi və Səid Minayi Rəşt, Ayaz Seyfxah və Baqir Hacızadə isə Təbrizdə həbs ediliblər. Onların hansı səbəblərdən həbsə atılması və hara aparılması hələlik bəlli deyil. Xeberal.az