Cəmiyyət

Bakı, Gəncə və Sumqayıtda ən təhlükəli vəziyyətdə olan binaların sayı AÇIQLANDI

Ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln. manat vəsait ayrılıb. APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib. […]

Siyasət

Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı bəyannaməsi imzalanıb

“Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib. O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir: “Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da […]

Siyasət

XİN başçısı: “Azərbaycan Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyir”

“Azərbaycan ardıcıl olaraq siyasi iradə nümayiş etdirib və intensiv birbaşa danışıqları dəstəkləyib, həmçinin Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyir”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli və gürcüstanlı həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə keçirilən görüşü zamanı bildirib. Xarici işlər naziri qeyd edib ki, Azərbaycan regionda sülhün bərpasına […]

İqtisadiyyat

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sənayesi istehsalının artım tempi 11 faizdən çox artıb” – FOTO

“Qeyri-neft-qaz sektorunun iqtisadi dövriyyədə payının artırılmasını təmin edən təşəbbüslərin genişləndirilməsi bu sahədə müsbət dinamika yaradıb”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb. O bildirib ki, cari ilin yanvar-fevral aylarında qeyri-neft-qaz sənayesi istehsalında artım tempi 2023-cü ilin yanvar-fevral ayı ilə müqayisədə 11,2% artaraq 2 milyard 935,1 milyon manata çatıb. Qeyri-neft-qaz sektorunun #iqtisadi dövriyyədə payının […]

Cəmiyyət

Birgə nikah dövründə bankdan götürülən borc ər-arvadın ümumi əmlakı sayılır? – AÇIQLAMA

“Əmlak deyəndə maddi dəyər təşkil edən bütün hüquqlar nəzərdə tutulur. Eyni zamanda iqtisadi dəyəri kəsb edən öhdəlikləri də əhatə edir. Şəxs başqa şəxsdən borc alıbsa, bu da şəxsin əmlakına daxildir. Biz ona əmlakın passiv hissəsi deyirik. “Ər-arvadın ümumi əmlakı” dedikdə, təkcə gözlə görünən əşyalar yox, iqtisadi dəyər kəsb edən bütün hüquqlar, ümumi öhdəlikləri, borcları və s. maddi […]

Siyasət

BMT-nin proqram rəhbəri: “COP29 vasitəsilə real fəaliyyətə keçəcəyimizə ümid edirik”

“Bu günə qədər iqlim dəyişikliyi ilə bağlı bir çox qətnamə və digər sənədlər qəbul edilib, lakin ümid edirik ki, məhz COP29 sayəsində bütün bu razılaşmalar real, səmərəli fəaliyyətə çevriləcək”. “Report” xəbər verir ki, bunu BMT Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimunah Mohd Şərif XI Qlobal Bakı Forumunda keçirilən panel iclasında deyib. “COP29-dan qabaq biz bir çox […]

İdman

Avropa Liqası: 1/4 final cütləri bu gün bilinəcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılacaq. Oxu.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olacaq. UEFA Avropa Liqasında 1/4 final mərhələsinin iştirakçıları: “Atalanta”, “Roma”, “Milan” (hamısı İtaliya), “Liverpul”, […]

Siyasət

Mariya Fernanda: “COP29-un sonunda Azərbaycan və Ermənistan arasında olan sülh müqaviləsinə ümid edirəm”

BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa COP29-un sonunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini qeyd edəcəklərinə ümid etdiyini bildirib. “Report” xəbər verir ki, M.F.Espinoza bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun IV panel müzakirəsində deyib. O qeyd edib ki, geosiyasi məsələlərin iqlim dəyişmələrində rolu var: “İqlim yalnız ətraf mühit […]

Siyasət

Bu gün Əli Əsədov Milli Məclisdə hesabat verəcək

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. “Report” xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib. Toplantıda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Baş nazir Əli Əsədov və hökumət rəsmiləri toplantıda iştirak edirlər. Hesabatı Ə.Əsədov təqdim edəcək. Xeberal.az